8 may 2015 00:05

Topaz Premyer Liqasında 33-cü tur həyəcanı

Bu gün Topaz Premyer Liqasında 33-cü tura start veriləcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək turda “Simurq” istirahət edəcək. İki paytaxt derbisinin baş tutacağı turun mərkəzi oyununda “Neftçi” və “İnter” üz-üzə gələcək.

Lider “Qarabağ” səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq. Bu komandalar arasında indiyə qədər keçirilmiş 31 oyunda qonaqlar daha çox - 15 dəfə qələbə qazanıblar. Cənub təmsilçisi 12 dəfə 3 xala sevindiyi halda, 4 görüşdə heç-heçə qeydə alınıb. Amma maraqlıdır ki, top fərqində cənublular üstündürlər - 36:35. “Qarabağ” son 3 oyunda minimal hesabla qalib gəlib. Bu mövsümə təsadüf edən həmin görüşlərdən ilk ikisi 3:2 hesabı ilə başa çatıb. Son görüşdə isə ölkə çempionu 1:0 hesabıyla üstün olub. Ağdamlılar son 4 görüşdə meydanı qolsuz tərk etməyib. Rəqiblər artıq 11 oyundur heç-heçə etmir. “Xəzər Lənkəran” son 2 ev oyununda 2 qol vurub. "Qarabağ" bu oyunda növbəti çempionluğunu rəsmiləşdirməyə çalışacaq. Lakin bunun üçün "İnter"in xal itirməsi də vacibdir. "Ağ-yaşıllar"ın son çempiona növbəti çempionluğunu erkən rəsmiləşdirməmək üçün nə dərəcədə mane olacağı maraqla gözlənilir.

Son dövrlərin ən parlaq oyun sərgiləyən komandası, özündən daha çox söz etdirən “Qəbələ” bu tur səfərdə “Sumqayıt”la qarşılaşacaq. Tərəflərin əvvəlki 11 oyununda qəbələlilərin çox böyük üstünlüyü var. Bölgə təmsilçisi həmin görüşlərin 9-da qələbə qazanan tərəf olub. 1 oyun heç-heçə bitdiyi halda, sumqayıtlılar da cəmi 1 dəfə heç-heçəyə imza atıblar. Top fərqi də "Qəbələ"nin xeyrinədir - 25:8. Ümumiyyətlə, bu komanda əvvəlki oyunların hamısında qol vurmağı bacarıb. “Gənclik şəhəri” təmsilçisi son 6 matçda 1 xal qazanıb. Həmin oyun da bu mövsümün ikinci dövrəsinə təsadüf edib - 1:1. Qəbələdə keçirilən oyunlarda isə meydan sahibləri 3:1 və 2:0 hesablı qələbələrə seviniblər. 9 oyundur məğlubiyyət tanımayan, onların 8-də qələbə qazanan Roman Qriqorçukun komandası bürünc medallara sahib çıxmaq üçün bu görüşdən də qalib ayrılmağa çalışacaqlar. Amma ötən tur "Neftçi" üzərində qələbəni son anda əldən verən Aqil Məmmədovun komandasının da asanlıqla uduzacağını demək olmaz.
 
İlk oyun gününün son matçı “İnter”lə “Neftçi” arasında baş tutacaq. Paytaxt klublarının indiyə qədər baş tutmuş 42 oyunundan 19-u "Neftçi"nin qələbəsi ilə başa çatıb. Bu paytaxt derbilərindən 13-ü sülhlə bitib. Yerdə qalan 10 qarşılaşmada isə qələbəni "İnter" bayram edib. Top fərqində də "ağ-qaralar"ın böyük üstünlüyü var - 61:40. “Neftçi” əvvəlki oyunlarda böyük üstünlüyə malik olsa da, son 6 qarşılaşmada qalib gəlməyib. “İnter” son 3 ev oyununda qalib gəlib. Lakin son 5 ildə səfərdə uduzduğu qarşılaşmalarda da qol sevinci yaşayan “Neftçi” 10 matçda meydanı qolsuz tərk etməyib. Bu mövsümə təsadüf edən paytaxt derbilərinə gəlincə, ilk dövrədəki görüşdə hesab açılmamışdı. Son iki oyunda isə "İnter" doğma meydanda 2:1, səfərdə də 2:0 hesabıyla üstün olub. Turun mərkəzi oyununda "İnter" "Qarabağ"ın erkən çempion olmaması, "Neftçi" isə üçüncü pillədəki mövqeyini əldən verməməsi naminə qalib gəlməyə çalışacaq.

Son oyun günündə bir görüş baş tutacaq. Çempionatın autsayderi “Bakı” AZAL-ı qəbul edəcək. 26-cı paytaxt derbisi öncəsi komandalar eyni sayda (10) qələbə qazansa da, AZAL top fərqində üstünlüyə malikdir - 24:23. Qalan beş görüşdə isə heç-heçə qeydə alınıb. “Bakı” son 2 qarşılaşmada məğlub olub - 1:3, 0:2. Lakin paytaxtın eyniadlı təmsilçisi son 4 ev oyununda meydanı qolsuz tərk etməyib. İlk dövrədə Şüvəlanda baş tutan qarşılaşmada da qələbəni məhz paytaxtın eyniadlı komandası bayram etmişdi.

Topaz Premyer Liqası
33-cü tur

8 may (cümə)

18:00. “Xəzər Lənkəran” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Vüqar Bayramov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
"Xəzər Lənkəran" mərkəzi stadionu.

18:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əli Hüseynov.
Sumqayıt. "Kapital Bank Arena".

20:00. “İnter” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “İnter Arena”.

9 may (şənbə)

“Bakı” – AZAL
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 17:00.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.