7 may 2015 18:11
Qarabağ Lənkərana yola düşdü
Premyer Liqanın 33-cü turunda “Xəzər Lənkəran”nın qonağı olacaq "Qarabağ" bu gün Lənkərana yola düşüb. Azerisport.az xəbər verir ki, klub bazasındakı stadionda səhər məşqi ilə kifayətlənən Qurban Qurbanovun komandası sabaha 1 məşq planlaşdırıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” - "Qarabağ" oyunu mayın 8-də keçiriləcək və saat 18:00-da başlayacaq.
