7 may 2015 15:00
Sumqayıt Qızılcahamama getmək istəyir
"Sumqayıt" yay hazırlıq planlarını müəyyənləşdirməyə çalışır. Azerisport.az xəbər verir ki, "kimyaçılar" iyunun sonu-iyulun əvvəllində bir araya gəlməyi planlaşdırır.
İyulun ortalarında isə komanda Türkiyənin Qızılcahamam bölgəsinə yola düşəcək. Aqil Məmmədovun komandası orada 10-12 gün hazırlıq keçəcək və bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.
