7 may 2015 14:15
Kamran Quliyev: Sumqayıt hələ transfer kampaniyasına başlamayıb
"Sumqayıt"ın prezidenti Kamran Quliyev "Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanovu transfer edəcəklərinə dair xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz heç transfer kampaniyasına start verməmişik. Maraqlandığımız müəyyən futbolçular var. Onlarla danışıqlar mayın ikinci yarısında başlayacaq. Hələ heç kimlə əlaqə saxlamamışıq. Ağabala Ramazanova gəlincə, onun "Xəzər Lənkəran"la müqaviləsi var. Bizi bütün klublara göstərmək istəyirik ki, müqaviləsi olan futbolçularla əlaqə saxlamaq düzgün deyil".
