7 may 2015 13:30
Roman Qriqorçuk: Sumqayıtla oyuna çox ciddi hazırlaşırıq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisportaz saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt"la oyuna çox ciddi formada hazırlaşırıq. Çünki bu komandanın necə ciddi rəqib olduğunu bilirik. Son iki turdakı nəticələrindən də xəbərimiz var. Onlar "Neftçi"dən xal almağa nail oldular. Yaxşı hazırlaşmışıq və çalışacağıq ki, məzmunlu oyun sərgiləyib, müsbət nəticə qazanaq".
