7 may 2015 13:15

Millimiz FİFA reytinqində gerilədi

FİFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi may ayının reytinq cədvəlində 116-cı pillədə qərarlaşıb.

Bu isə ötən ayla müqayisədə komandamızın bir pillə gerilməsi anlamına gəlir. Azərbaycan yığmasının hesabında 264 reytinq xalı var.

AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimiz arasında ən yaxşı göstərici İtaliyaya məxsusdur - 1085 xalla 13-cü. Xorvatiya 977 xalla 17-cidir. 67-ci pillədə qərarlaşan Bolqarıstan 505 xala malikdir. Norveç isə 491 xalla 70-cidir. Yığmamız sadəcə, 158 xalla 149-cu olan Maltanı qabaqlayır.

Keçmiş SSRİ ölkələri arasında Rusiya liderdir (27; 828 xal). Daha sonra Ukrayna (33; 772), Öbəkistan (72; 476), Ermənistan (77; 449), Belarus (83; 397), Latviya (85; 387), Estoniya (93; 358), Litva (100; 333), Moldova (120; 145), Qazaxıstan (134; 210), Gürcüstan (139; 197), Tacikistan (143; 173) və Qırğızıstan (153; 148) gəlir.

Yığmamızın iyun ayında yoxlama oyunu keçirəcəyi Serbiya 664 xalla 44-cü pillədə yer alır. Türkiyə yığması isə 603 xalla 52-cidir.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Almaniya (1687), Argentina (1494), Belçika (1457), Kolumbiya (1412), Braziliya (1372), Hollandiya (1301), Portuqaliya (1221), Uruqvay (1176), İsveçrə (1135), İspaniya (1132).

Ayın ən yaxşı göstəricisinə imza atan komandası Dominikandır (12 pillə irəliləyib). Ən pis göstərici isə Mavritaniyaya məxsusdur (9 pillə geriləyib).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.