7 may 2015 13:00
Sadio Tounkara Türkiyədə əməliyyat olundu
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Sadio Tounkara Türkiyədə əməliyyat olunub. Azerisport.az xəbər verir ki, buna səbəb Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Bakı" ilə oyunda futbolçunun diz bağlarını zədələməsidir.
İlkin ehtimallara görə, Tounkara təxminən dörd ay futbol oynamayacaq.
