7 may 2015 12:30
Farer adaları Azərbaycanla matçın keçirilmə tarixinin dəyişməsini istəyir
Gənclərdən ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer adaları ilə Azərbaycan arasındakı ilk oyunun başlama vaxtı dəyişdirilə bilər. Azerisport.az xəbər verir ki, bu qarşılaşma iyunun 15-də baş tutmalıydı.
Amma Farer adaları AFFA-ya müraciət edərək, qarşılaşmanın iyunun 17-də keçirilməsini xahiş edib. UEFA-nın rəsmi saytında isə hələlik, görüşün vaxtı əvvəlki tarixdə göstərilir.
