7 may 2015 12:00

Qurbanovla Gözəl Azərbaycan - İtaliya Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimatında

Bakıda İtaliya - Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi baş tutub. Azerisport.az xəbər verir ki, Dostluq Cəmiyyətinin təsisçiləri İtaliya tərəfdən məşhur jurnalist Dündar Kesaplı və Azərbaycan tərəfdən isə Rəşad Qurbanovdur. Dostluq Cəmiyyətinin yaradılmasında məqsəd iki ölkə arasında turizm, mədəniyyət, təhsil, idman sahəsində əlaqələri gücləndirmək və bu əlaqələrin inkişafına töhfə verməkdir.

Xatırladaq ki, Dündar Kesaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Bu günə qədər dünyanın məşhur futbolçularından müsahibələr alıb.

Dündar Kesaplının sözlərinə görə, yeni cəmiyyətin yaradılması İtaliyada və Azərbaycanda dəstəklənib. O bildirib ki, cəmiyyətin fəaliyyəti xüsusilə, qarşılıqlı idman, turizm, mədəniyyət, o cümlədən film, moda və digər sahələri əhatə edəcək.

Dündar Kesaplı İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridir.

Təqdimat mərasimində mədəniyyət, idman sahəsində tanınmış insanlar, o cümlədən Qarabağ Futbol klubunun baş məşqçisi Qurban Qurbanov, tanınmış modelyer Fəxriyyə Xələfova, AFFA-nın üzvü Elxan Tağızadə, Qarabağ futbol klubunun vitse-prezidenti Tahir Gözəl, millət vəkili Adil Əliyev, bəstəkar Gövhər Həsənzadə iştirak ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.