7 may 2015 11:30

Anton Krivotçuk: Azərbaycanın iddialı klublarından birində oynamaq istəyirəm

Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotçukun azerisport.az saytına müsahibəsi

- Yenə də "Zvezda"da çıxış edirsiniz?
- Bəli, Ukraynada 17 yaşadək futbolçuların çempionatında çıxış edirəm. Hələ Kiyev çempionatı da var. İşlər pis getmir.

- Yığma komandamızın seçmə mərhələdəki uğursuz çıxışına nə səbəb oldu?
- Səbəb tapmaq çətindir. Yaxşı komandamız var. Bu üzdən niyə uğursuzluqla üzləşdiyimizin səbəbi mənə də qaranlıqdır. Yəqin ki, yaxşı hazırlaşa bilməmişdik.

- Komandanın yeni baş məşqçisi Təbriz Həsənovla tanışlığınız var?
- Şəxsən yox. Amma onunla çalışmaq mənə xoş olardı.

- Baş məşqçi Robert Prosineçki sizə dəvət göndərmişdi. Ondan yenə dəvət gözləyirsiniz?
- Hələ öz üzərimdə çox çalışmalıyam. Əminəm ki, çox çalışsam, dəvət alacağam. Prosineçki məni Antalyaya dəvət etsə, çox sevinərəm.

- Kayreranızı Azərbaycanda davam etdirə biləcəyinizi demişdiniz...
- Bəli, təkliflər var idi. Azərbaycanın bir neçə komandası məni heyətində görmək istəyirdi. Amma bu işlərlə menecerim məşğul olur. O, bu işin incəliklərini daha yaxşı bilir. Təbii ki, mən də iddialı komandalardan birində oynamaq istərdim.

- Prosineçki toplanışdan sonra sizinlə danışıb?
- Xeyr, aramızda heç bir söhbət olmayıb.

- Valideynləriniz Azərbaycan yığmasında oynamağınıza necə baxır?
- Onlar məni dəstəkləyirlər və istəyirlər ki, bu ölkənin yığmasında oynayım.

- Ukrayna yığmasından təklif almamısınız?
- Xeyr.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.