6 may 2015 20:00
Ruslan Qurbanov: Neftçinin bazasına baş çəksəm də, Çingiz Abdullayevi görmədim
"Neftçi"nin sabiq yarımmüdafiəçisi Ruslan Qurbanov Bakıya dönüb. Azerisport.az saytına açıqlamasında o, bu səfəri ilə bağlı bunları söyləyib:
"Bir neçə gün öncə Bakıya dönmüşdüm. Bəzi sənədlər lazım idi. Sonra yenidən Splitə qayıtdım. "Neftçi"nin bazasına da baş çəkdim, uşaqlarla görüşdüm, amma Çingiz Abdullayevi görmədim. Onun işləri var idi. Həm də məni tanımır. Vitse-prezident Elnur Məmmədovla görüşdüm. Xeyli söhbət etdik. Amma "Neftçi"yə qayıtmağı müzakirə etmədik. Böyük qardaş kimi mənə karyeramda uğurlar arzuladı. Başa saldı ki, "Hayduk"da oynamağım mənim üçün yaxşı şansdır. Arif Əsədovu da gördüm. O, yaxşı insandır".
