6 may 2015 16:00

Rəşad Eyyubov: Simurqu belə buraxıb gedə bilmərəm

"Simurq"un yarımmüdafiəçisi Rəşad Eyyubovun azerisport.az saytına müsahibəsi

- Son dövrlər sizinlə Samir Zərgərovun "Qəbələ"yə keçəcəyi barədə xəbərlər yayılıb...
- Mənimlə bağlı xəbərlər əsassız deyil. Amma konkret bir şey yoxdur. Daha dəqiq desəm, danışıqları mən yox, bununla məşğul olan şəxs aparır. Onu da nəzərə almaq lazımdır ki, mənim "Simurq"la müqaviləmin vaxtı 2016-cı ilin yayında başa çatacaq.

- Amma klubunuzdan deyiblər ki, pul yoxdur və istəyən gedə bilər...
- Mən bu klubda dörd il keçirmişəm. İndi bundan sonra nə olacağını bilmək istəyirəm. Dərhal əşyalarımı toplayıb, buradan gedə bilmərəm. Mənim üçün klub prezidenti Anar Bəkirovla görüşüb, onun gələcək planlarını öyrənmək vacibdir.

- Hər halda daha iddialı klubda oynamağın əleyhinə olmazsınız...
- Əlbəttə, bunu mən də istəyərəm.

- "Simurq" avrokuboklara da vəsiqə qazana bilmədi...
- "Simurq"un Avropa Liqasına vəsiqə qazana bilməməsi üzücü oldu. Bu da məhz maliyyə problemləri ucbatından oldu. "Qəbələ"nin Avroliqaya vəsiqə qazanması isə futbolumuz adına yaxşıdır.

- "Qəbələ" sizi heyətinə qatmaqda nə dərəcədə israrlıdır?
- (gülür) Bunu zaman göstərəcək. Əgər hələ də məni öz sıralarında görmək istəyirlərsə, deməli, israrlıdırlar.

- Artıq klubun demək olar ki, bütün legionerləri "Simurq"u tərk edib...
- Mən legionerlər kimi addım ata bilmərəm. Mövsümün sonunadək buradayam. Burada süpürgəçidən tutmuş qazona nəzarət edənədək hər kəsi tanıyıram. Vəziyyətin bu həddə çatması çox üzücüdür. Amma mən də öz ailəmi, kayreramı düşünməyə borcluyam.

- Mövsümün sonunadək pulsuz oynamaq çətin olmayacaq?
- Əlbəttə, motivasiya tapmaq çətin olacaq. Nə etmək olar ki? Peşəkar qalmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.