6 may 2015 11:30

Rikardinyo: Maliyyə çətinliklərindən heç bir klub sığortalanmayıb

"Qəbələ"nin müdafiəçisi Rikardinyonun azerisport.az saytına müsahibəsi

- 9 oyunluq məğlubiyyətsiz seriya ilə bağlı nə deyə bilərsiniz?
- Buna normal baxıram. Yaxşı komandamız var, məşqlərdə çox çalışırıq. Yaxşı oyunlar keçirib, nəticədə də müsbət sonuca nail oluruq. Amma hələ də çatışmayan cəhətlərimiz var. Məsələn, çoxlu səhvlər buraxırıq.

- Müsbət nəticələr elə sizin gəldiyiniz dövrdən etibarən başlayıb. Bu, təsadüfdür, yoxsa siz doğrudan da "Qəbələ"ni gücləndirmisiniz?
- Əlbəttə, bu, təsadüfdür. Amma heyəti gücləndirə bilmişəmsə, buna da ancaq sevinmək olar. Futbol komanda oyunudur. "Qəbələ"nin oyununu ilk dəfə "Neftçi" ilə görüşdə görmüşdüm. Məndən öncə də komanda yaxşı oynayırmış. Amma nəticələrin niyə pis olduğunu dəqiq bilmirəm. Ola bilsin ki, buna qışda çoxlu dəyişiklik olması təsir göstərirmiş.

- Premyer Liqanın səviyyəsi xoşunuza gəlir?
- Yaxşıdır. Güclü oyunçular, yaxşı meydançalar və heç də pis olmayan azarkeşlər var. Amma bu, hələ son hədd deyil. Daha da inkişaf etmək olar.

- "Neftçi" ilə üçüncü yer uğrunda mübarizə barədə nə düşünürsünüz?
- Əsas vəzifə Avropa Liqasına vəsiqə idi ki, bunun öhdəsindən gəlmişik. Halbuki,  tur öncə bizə çox az adam inanardı. Bürünc medallara gəlincə, komandamız bunu da əldə edə bilər. Fikrimcə, üçüncülüyü qazana bilsək, bu, Avroliqa öncəsi bizə əlavə ruh yüksəkliyi qazandıracaq.

- Qarşıda "Sumqayıt"la oyun var...
- Onlar son turlarda yaxşı çıxış edirlər. Amma biz ümumi uğurumuz naminə bu görüşdə də qələbə qazanmalıyıq. Azərbaycan çempionatında rəqibin neçənci pillədə qərarlaşmasının fərqi yoxdur.

- "Qəbələ" Avroliqada nəyə nail ola bilər?
- Biz uzağa gedə bilərik. Komandanın səviyyəsi yüksək hədəflərə nail olmağa imkan verir. Amma bu səviyyəni daha da yaxşılaşdırmaq lazımdır. Avropada işimiz Premyer Liqadakından daha çətin olacaq.

- Az qala Premyer Liqanın iştirakçılarının yarısı maliyyə problemlərindən əziyyət çəkir. Bunun "Qəbələ"də də təkrarlanacağından qorxmursunuz?
- Azərbaycan futbolunda yenilərdənəm. Ona görə də belə bir halın yaşanacağını təsəvvür etmirəm. Düzünü deyim ki, klub rəhbərləri haqqında heç bir təsəvvürüm yoxdur. Amma asan olmadığını bilirəm. Eyni aqibətlə bütün klublar üzləşə bilər. Heç kim bundan sığortalanmayıb. Amma ümid edirəm ki, maliyyə çətinliyi üzləşən klublar nəsə edib, vəziyyəti düzəldəcəklər. Onlara uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.