6 may 2015 00:05

Deni Qaysumov: AFFA-da çalışan dostlarım mənə işlə bağlı kömək edəcəklərinə söz vermişdilər

Azərbaycan milli komandasının sabiq oyunçusu Deni Qaysumovun azerisport.az saytına müsahibəsi

- Çoxdandır işsizsiniz. Yenə işsiz günlər davam edir?
- Hələ ki, işləmirəm. Sadəcə, bir komanda ilə məşğulam. Çeçenistanda Respublika çempionatında çıxış edir. Beş turdan sonra liderik.

- Azərbaycandan təklif var?
- Yox, hələ ki, Bakıdan təklif gəlməyib.

- Yəqin ki, Azərbaycan futbolu ilə maraqlanırsınız? Son vaxtlar bizim futbolda baş verənlər haqda nə düşünürsünüz?
- İzləməyə çalışıram. Əsasən də portalları oxuyuram. Malta üzərindəki qələbəyə görə çox sevindim. Yeni baş məşqçi də gəlib. Bu dəyişiklikdən sonra adam millidən daha çox qələbə və baxımlı oyun gözləmək istəyir.

- Çempionatımzın səviyyəsinin düşdüyü bildirilir. Siz də bu cür düşünürsünüz?
- Xeyr, mən tam əksini düşünürəm. Məncə, Azərbaycan Premyer Liqası ötən illərdəkindən fərqli daha da güclənib. Buna misal “Qarabağ”dır. Bu klub Avropa Liqasının qrup mərhələsində güclü çıxış etdi. Bu da Azərbaycan Premyer Liqasının güclənməsindən xəbər verir.

- Çempionat 9 komanda ilə davam edir. “Xəzər Lənkəran” və “Bakı” kimi əvvəlki illərdə çempionluq uğrunda mübarizə aparan klublar liqada qalmaq üçün mübarizə aparır.  Çempionatın səviyyəsinin yüksəldiyini necə söyləmək olar?
- Böhran hər komandada olur. Ancaq Azərbaycan çempionatında çıxış edən çox komandalar Avropa Liqasının qrup mərhələsində mübarizə aparmağı istəyərdi. Unutmayaq ki, zəif komandalara hər çempionatda rast gəlmək olar.

- AFFA-da işləyən, millidə çalışan dostlarınız var. Onlar nə əcəb iş tapmaq üçün sizə kömək etmirlər?
- Əlbəttə, dostlarım var. Klubda və millidə işləyirlər. Ancaq hamısının özünün problemi var. AFFA-da da işləyən dostlarım var, onlar söz vermişdilər ki, variant olsa, mənə deyəcəklər. Amma hələ ki, qismət olmayıb.

- Düşünmürsünüz ki, Azərbaycanda işləməyə layiq insanlardan birisiniz? Uzun müddət millimizin formasını geyinmisiniz...
- Məmnuniyyətlə işləyərdim. Mənim də arzum budur ki, nə vaxtsa milli komandada işləyəm.

- Millidən tanıdığınız Nazim Süleymanov U-19-un baş məşqçisi, Vəli Qasımov isə “Neftçi”nin idman direktoru təyin edildi. Bu haqda məlumatınız var idi?
- Nazimin böyük təcrübəsi var və uşaqlara çox şey öyrədə bilər. Vəli də öz futbol bacarığını “Neftçi”də tətbiq etməyə çalışacaq. Hər ikisinin bu yerlərə layiq olduğunu düşünürəm. Həm Vəli, həm də Nazim çox böyük oyunçular olub. Onlara ürəkdən uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.