5 may 2015 15:45

Andrey Popoviç: Bundan sonra hər yoxluğum içkili olmağımla izah olunacaq?

Azərbaycan yığmasının və "Sumqayıt"ın qapıçısı Andrey Popoviçin azerisport.az saytına müsahibəsi

- "Sumqayıt"ın məşqlərində niyə iştirak etmirsiniz?
- Düzünü deyim ki, ailə vəziyyətimlə əlaqədar bir neçə məşqi buraxmalı oldum. Elə alındı ki, xəbər də edə bilmədim. Klub prezidentinə hər şeyi izah etmişəm. Komandanı pis vəziyyətdə qoyduğumu anlayıram.

- Amma mətbuatda sizinlə bağlı başqa problem qabardılır. Guya siz içkili olmusunuz...
- Bu, düz deyil. Təəssüf ki, bu, mənimlə bağlı yazılan ilk belə xəbər deyil. Mən sadəcə, şokdayam. Bundan sonra hər yoxluğum içkili olmağımla izah olunacaq?

- İstənilən halda klub sizi cərimələyib və əvəzedici heyətə göndərib...
- Mənim bu cəzaya iradım yoxdur. Əgər məni əsas komandadan uzaqlaşdırıblarsa, formamı itirməmək üçün əvəzedici komandada oynamağım lazımdır.

- Mövsümün sonunda klubla müqavilənizin müddəti başa çatacaq. Amma siz bunu gözləmədən "Qəbələ" ilə danışıqlara başlamısınız. Danışıqlar necə gedir?
- Hələ davam edir. Nə vaxt razılığa gəlsək, klub bu barədə rəsmi məlumat yayacaq.

- Bəs buna indiki klubunuzun rəhbərliyi necə reaksiya verdi?
- "Sumqayıt"la müqavilənin müddətini uzatmaqla bağlı klub rəhbərliyi ilə görüşümüz olmuşdu. Amma eyni zamanda "Qəbələ" də mənimlə fəal şəkildə maraqlanırdı. Elə alındı ki...

- Elə alındı ki, "Qəbələ" daha sərfəli təklif irəli sürdü?
- Burada söhbət yalnız puldan getmir. Oyun təcrübəsi baxımından götürsək, "Sumqayıt"da mənim buna görə problemim olmurdu. Yığma komandaya da yolum açıq idi. "Sumqayıt"da hər şey xoşuma gəlirdi. Amma mənim artıq 23 yaşım var və daha iddialı klublarda oynamaq, inkişaf etmək istəyirəm. Amma əminəm ki, mənim "Qəbələ"yə pula görə qaçdığımı deyəcəklər. Təbii ki, bu, futbolçu üçün az əhəmiyyət daşımır. Lakin indiki məqamda bu, hər şey demək deyil.

- "Qəbələ"də oyun təcrübəsi qazana bilməyəcəyinizdən qorxmursunuz? Çünki Dmitri Bezotosnı bu komandanın əsas qapıçısına çevrilib...
- Mən rəqabətdən çəkinmirəm. Mən bu kluba mövsümün ortasında keçmirəm ki. Mənim özümü göstərmək, əsas heyətə layiq olduğumu isbatlamaq imkanım olacaq.

- Avrokuboklarda heç vaxt oynamamısınız. Yeni klubunuzun Avropa Liqasına vəsiqə qazanması seçiminizdə nə dərəcədə rol oynadı?
- Təbii ki, avrokuboklarda oynamaq perspektivi çox böyük önəm kəsb edirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.