4 may 2015 15:45
Çertoqanov Popoviçin niyə oynamamasına aydınlıq gətirdi
"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov Azərbaycan yığmasının qapıçısı Andrey Popoviçin son dövrlər meydana çıxmamasının səbəbini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən onun sadəcə, xəstələndiyini bilirəm. Onun mədəsində problemlər var idi. Hətta həkimdə də olmuşdu. Müalicə alırdı və iki gün doğrudan da ona çox çətin oldu. Meydana çıxmamasının başqa səbəblərindən xəbərim yoxdur".
