4 may 2015 14:30

Abdulla Abatsiyev: İnteri FİFA-ya şikayət etməyi heç ağlıma da gətirmirəm

"İnter"in yarımmüdafiəçisi Abdulla Abatsiyevin azerisport.az saytına müsahibəsi

- Bir oyun az keçirsəniz də, hazırda lider "Qarabağ"dan 12 xal geri qalırsınız. Çempionluğa ümidiniz qalır?
- Xal fərqi az olsa da, biz ötən mövsüm olduğu kimi, sonadək mübarizə aparacağıq. Ötən mövsüm biz liderlə oyunda uduzaraq şansımızı itirdik. Bu mövsüm isə bunun təkrarlanmasını istəmirik.

- Amma hamı artıq "Qarabağ"ı çempionluq münasibətilə təbrik edir...
- Əgər onlarla öz aramızdakı oyunda qələbə qazansaq və təxirə salınmış görüşdən də qalib ayrılsaq, xal fərqi 2-yə enəcək. Bu isə elə də çox böyük fərq olmayacaq.

- Futbolçuların bir neçə aydır maaş almaması bu mübarizəyə təsir göstərməyəcək?
- Heç bir halda. Aydın məsələdir ki, pul vacibdir. Çünki hamımızın ailəsi var. Amma hər bir futbolçu etiraf edər ki, meydana çıxanda pulu düşünmürsən.

- Amma "İnter" ötən mövsümdəki qədər istəkli oynamır...
- Sizinlə mübahisə etməyəcəyəm. Çünki bu, sizin fikrinizdir. Amma mən fikrinizlə razı deyiləm. Bu mövsüm də kifayət qədər keyfiyyətli oyunlar keçirmişik.

- Qarşıdakı "Neftçi" ilə oyundan nə gözləyirsiniz?
- Bu oyun çox şeyə aydınlıq gətirəcək. Qələbə bizim ən azı ikinci yeri tutacağımızı rəsmiləşdirəcək. Eyni zamanda çempionluq uğrunda mübarizəni davam etdirmiş olacağıq. Qələbə qazanmaq lazımdır.

- Maliyyə problemləri davam etsə, komandanı tərk etmək fikrinə düşməyiniz mümkündür?
- Müqaviləmin müddəti bir ay sonra başa çatır. Hələ necə olacağını bilmirəm. Hər şey ola bilər.

- "Simurq"un bir neçə futbolçusu bəyan edib ki, borcları ödənilməyəcəyi halda FİFA-ya şikayət edəcəklər. "İnter" də sizin maaşınızı ödəməsə, hansı addımı atacaqsınız?
- Artıq üç ildir "İnter"dəyəm. Bu komanda mənim üçün doğmalaşıb. "İnter"dən FİFA-ya şikayət etməyi heç ağlımdan da keçirmirəm. Hər şeyin yaxşı olacağına inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.