4 may 2015 12:30

Ruslan Abışov: Qəbələ Avroliqanı erkən tərk etməmək üçün heyəti gücləndirməlidir

"Qəbələ"nin müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la son oyun barədə nə deyə bilərsiniz?
- Biz bu oyuna ciddi köklənmişdik. Bir gün öncə "Neftçi" xal itirdiyindən, biz qələbə qazanıb, onları qabaqlaya bilərdik. Amma "Qarabağ" da Qəbələdə qələbə qazanıb çempionluğu təmin etmək istəyirdi. Çətin oyun alındı. Qələbə də qazana bilərdik.

- Niyə elə düşünürsünüz ki, qələbəyə məhz sizin komanda yaxın idi?
- Bizim daha çox qol vəziyyətimiz oldu. Hamı gördü ki, nə qədər qol epizodunu boşa verdik.

- "Qarabağ"ın futbolçuları təyin olunan penaltinin düzgün olmadığını iddia edir...
- Oyun vaxtı həmin epizodu xüsusi görməmişdim. Amma sonradan təkrarına baxanda Şehiçin Mendini necə itələdiyini gördüm. Fikrimcə, hər şey düzgündür.

- "Qəbələ"nin 8 oyunluq qələbə seriyasının başa çatması sizi üzmədi?
- Düzünü desəm, yox. Əsas odur ki, uduzmadıq. Çünki məğlubiyyətə yaxın idik. Həm də bir seriya qırılsa da, digəri davam edir. Artıq 9 turdur uduzmuruq (gülür).

- "Neftçi"nin daha çox kubokun finalı barədə düşündüyünü nəzərə alsaq, sizin üçüncü yeri tutmaq şansınız nə dərəcədə yüksəkdir?
- Mən belə düşünmürəm. Kim Premyer Liqada mükafatçı olmaqdan imtina edər ki? Düzdür, bizim şansımız az deyil. "Neftçi"nin "İnter"lə oyunu var, biz isə "Sumqayıt"la görüşəcəyik. Üçüncü ola bilərik. Ondan sonra üçüncü yeri qorumaq barədə düşünə bilərik. Mənə elə gəlir ki, iki turdan sonra biz üçüncü komandanın kim olacağını biləcəyik.

- Azarkeşlər son turda komandaya Avropa Liqasında uğurlar arzulayan banner açmışdı...
- İlk növbədə onu deyim ki, bizim baş məşqçi baxımından bəxtimiz gətirib. Roman Qriqorçuk bizim üçün böyük üstünlükdür. Bütün mövsümü Avroliqaya vəsiqə qazanmağa həsr etdik. Amma bu turnirə də ciddi hazırlaşmaq lazımdır. Məsələn, mübarizəni elə ikinci mərhələdə başa vurmaq istəmiriksə, heyəti gücləndirməyə ehtiyac var. Əks halda il ərzində bu qədər güc sərf etməyimiz hədər gedəcək.

- İlk avrokuboklar mövsümü "Qəbələ" üçün çox uğursuz alınmışdı...
- İkincisi uğurlu olmalıdır. Komandanın qarşısında ən azı pley-offda oynamaq hədəfi qoyulmalıdır. Qrup mərhələsinə vəsiqə qazanmağımız isə ideal olardı.

- "Bakı", "Simurq" kimi klublar dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda "Qəbələ"də heç bir maliyyə problemi görünmür...
- Mən özümü aylardır maaş almayan həmin futbolçuların yerinə qoyuram. Heç kimə sirr deyil ki, peşəkar futbolçular bu oyunu pula görə oynayırlar. Maliyyə stimulu olmadan oynamaq hansı futbolçuya xoşdur ki? Ümid edirəm ki, növbəti mövsümdən "Simurq" da, "Xəzər Lənkəran" da, "Bakı" da öz iddiasını geri qaytaracaq. Azərbaycan çempionatı onlarsız əvvəlki kimi güclü ola bilməyəcək. Belə klubların itirilməsi futbolumuza çox pis təsir edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.