4 may 2015 00:45

Maksim Medvedev: Qəbələ ilə oyunda ilk hissədən sonra nəfəs ala bilmirdik

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi

- "Qəbələ" ilə oyunla bağlı təəssüratlarınızı bilmək istərdik...
- Bizim üçün çox çətin oyun oldu. Rəqib də ağır idi, hava da. Birinci hissədən sonra uşaqlar çox yorulmuşdular, nəfəs ala bilmirdik.

- Rəqib necə təsir bağışladı?
- Onlar çox yaxşı pressinq edirdilər. Xüsisilə də hücumdakı oyunları təəccübləndirdi. Baxmayaraq ki, onlar bizə qeyri-adi nəsə təklif etmirdilər, sadəcə, hücumçularını uzun ötürmələrlə təkbətək çıxarmağa çalışırdılar. Mendi, Hüseynov, Ehiosun və Soltanov birgə çox yaxşı oynayır. "Qəbələ"də döyüşkən ruh hiss olunur. Onları saxlamaq çox çətindir. Bəlkə də qapımıza 3-4 qol vura bilərdilər.

- Heç-heçədən raızısınız?
- Pis nəticə deyil.

- "Qarabağ"ın hakimlikdən narazı olduğu diqqət çəkirdi...
- Olan işdi. Oyun zamanı emosiyaları qorumaq olmur. Çempionluğa bu qədər yaxınkən başqa cür ola da bilməz. Hakimin ən kiçik səhvi böyük önəm daşıya bilər. Hərdən hakimlər özləri də mənə sual verirlər ki, "Maksim, mən səhv etdim, nədir?" Beləsinə nə cavab verəsən?

- Bu oyunda da elə oldu?
- Bəli, top Ekiqoya dəyərək auta çıxır, hakim isə deyir ki, top "Qəbələ"nin olmalıdır. Belə bir neçə epizod oldu. Mendi iki dəfə mənim formamdan tutub dartdı, yenə də xeyrimizə qərar verilmədi.

- Penalti var idi?
- Mənə elə gəlir ki, belə oyunlarda bu cür penalti verilməməlidir. Bizim qapımıza əvvəlki turlarda da belə şübhəli penaltilər təyin olunmuşdu. Şehiç özü də deyir ki, həmin epizodda mən topa toxunmamışdım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.