3 may 2015 20:00
Qarabağ Şuşaya qalib gələ bilmədi
"Qarabağ" bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Premyer Liqada "Qəbələ" ilə mayın 2-dəki qarşılaşmanın ertəsi "Şuşa" ilə görüş baş tutub.
"İnter Arena"da keçirilən qarşılaşmada "Qəbələ" ilə oyunda meydana çıxmayan və meydanda az olanlar forma şansı qazanıb. 17:00-da başlayan qarşılaşmaya "Qarabağ" bu heyətlə çıxıb:
Fərhad Vəliyev, Admir Teli, Şəhriyar Əliyev, Hacı Əhmədov, Tərlan Quliyev, Namiq Yusifov, İlqar Qurbanov, Dani Kintana, Danilo Dias, Vüqar Nadirov və Tural İsgəndərov.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb - 0:0.
