3 may 2015 15:00
Maksim Medvedev: Hakim belə bir oyunda penati təyin etməməliydi
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Etiraf edim ki, hələ penalti epizodunun təkrarına baxmamışam. Hər şey çox ani alındı. Hesab edirəm ki, belə oyunlarda bu cür penalti təyin etmək olmaz. Bu hakim bizim əvvəlki oyunlarımızda da gözlənilməz penaltilər təyin etmişdi. Belə bir oyunda penalti verməyə də bilərdi. Mendi hətta cərimə meydançasını tərk etmişdi. Şehiç də deyir ki, mən ona toxunmamışdım".
