3 may 2015 14:00
Stanislav Namaşko: AZAL-da işlərim normaldır
AZAL-ın moldoval qapıçısı Stanislav Namaşko komandadakı işləri ilə bağlı həmyerlilərinə açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Komandadakı işlərim normaldır. Artıq Azərbaycan futboluna və ölkəyə alışmışam. Daimi oyun təcrübəm var. AZAL-da 20-dən çox oyun keçirmişəm. Hazırda komandamızın Avropa Liqasına vəsiqə qazanmaq şansı qalmayıb. Ona görə də əsas hədəfimiz qarşıdakı oyunlarda layiqli çıxış etməkdən ibarətdir".
