3 may 2015 00:45

Qəbələdən yeni rekord

“Qəbələ” Topaz Premyer Liqasının 32-ci turunda “Qarabağ”la qarşılaşdı. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” ardıcıl 9-cu dəfə meydanı məğlubiyyətsiz tərk etdi.

Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun yetirmələri 8 qələbədən sonra meydandan heç-heçə ilə ayrılıb. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən qələbə seriyası qırılsa da, məğlubiyyətsizlik və qollu oyunlar seriyası davam edir.

Fevralın 10-da səfərdə “Simurq”un qapısına yol tapa bilməyən (0:2) “Qəbələ” son 10 matçı qolsuz tərk etməyib. Bu görüşlərdə komandamız 19 dəfə fərqlənib. Ardıcıl 10 çempionat görüşündə qol vurmaq isə klub tarixinin yeni rekordudur. 2006-cı ildən Premyer Liqada çıxış edən “qırmızı-qaralar” 2010-cu ildə qeydə alınan rekordunu yeniləyib. Həmin vaxt komanda ardıcıl 9 matçda rəqib qapısına yol tapmışdı.

Bu seriyada son 5 oyunda 5 qol vuran Cavid Hüseynovun da rolu olub. Ardıcıl 3 matçdır meydanı qolsuz tərk etməyən yarımmüdafiəçi mövsümdə 11-ci dəfə fərqlənib. O, “Qəbələ”nin tarixində 1 mövsümdə ən çox qol vuran futbolçu adına daha da yaxınlaşıb. Bu göstəricidə rekord ötən mövsüm 12 qol vuran Daniel Subotiçə məxsusdur.

Rekordun 1 addımlığında olan Cavid klub tarixinin ən məhsuldar oyunçularının siyahısında 10-cu yerə şərik olub: Viktor Mendi - 31, Dodo - 23, Rövşən Əhmədov - 20, Kənan Kərimov - 18, Yannik Kamanan - 17, Deon Barton - 15, Daniel Subotiç - 13, İbrahim Hüseynov, Vitali Balamestnı - hər ikisi 12, Rəşad Yusubov, Cavid Hüseynov – hər ikisi 11.

Bütün qollarını çempionatda vuran yarımmüdafiəçi klubun Premyer Liqadakı bombardirləri siyahısında 6-cı yerə şərikdi: Viktor Mendi - 27, Dodo - 21, Yannik Kamanan - 16, Deon Barton - 15, Daniel Subotiç - 12, Kənan Kərimov, Vitali Balamestnı, Cavid Hüseynov – hamısı 11.

Roman Qroqorçukun rəhbərliyi altında Premyer Liqadakı əvvəlki 11 matçda 9 qələbə qazanıb, 3 dəfə məğlub olan “qırmızı-qaralar” mövsümün 2-ci yarısında ilk dəfə heç-heçə edib. Komandamız sonuncu dəfə 2014-cü ilin son qarşılaşmasında – dekabrın 21-də “İnter”lə ev matçında bərabərliyə (1:1) imza atmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.