3 may 2015 00:35
Emil Balayevsiz Ayntraxt yenə uduzdu
Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt klubu səfərdə "Verder"lə qarşılaşıb. Matç futbolçumuzun klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı ənənəvi olaraq, yenə matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Ayntraxt" hazırda 36 xalla 12-ci pillədə qərarlaşıb.
