2 may 2015 22:00
Roman Qriqorçuk: Gözəl oyun nümayiş etdirən futbolçularımla fəxr edirəm
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu gün çox gözəl sözlər söyləmək istəyirəm. Mən gözəl oyun nümayiş etdirən futbolçularımla fəxr edirəm. Həftə ərzində futbolçularımın matça necə hazırlaşdığını görüb qürur duyurdum. Gərgin işin yekununda biz bu gün məğlub olmadıq. Mən bu gün hakimlikdən narazı qalmadım. Hakimlər oyunu yaxşı və peşəkar səviyyədə idarə etdilər”.
