2 may 2015 21:50
Qurban Qurbanov: Futbolun gözəlliyi də budur
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı oyun oldu. Qalib gəlmək istəyirdik. Lakin yaxşı komandaya qarşı oynayıb, bir xal qazandıq. Son vaxtların ən ideal komandasına qarşı oynayırdıq. Səhvlərimiz çox oldu. Son dəqiqələrdə qol buraxdıq. Futbolun gözəlliyi də budur. Hakimlərin gərgin oyunda buraxdığı bir-iki səhv bir qədər müzakirə olundu. Məni belə görməyə alışmamısınız? Bir qədər də belə görmək sizin üçün maraqlı olar. Düşünürəm ki, bu oyunu unudub, qarşıdakı ağır oyunlara hazırlaşmalıyıq”.
