2 may 2015 19:45
Elbrus Məmmədov: Komandadan tam narazıyam
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə çox zəif oynadıq. İkinci hissədə nəsə etməyə çalışdıq. Amma vəziyyəti düzəldə bilmədik. Komandadan tam narazıyam”.
