2 may 2015 19:30
İbrahim Uzunca: Qələbəyə ehtiyacımız vardı
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qələbəyə ehtiyacımız vardı. Ardıcıl oyunlarda uğursuzluğa düçar olurduq. Amma biz komandaya, futbolçulara inandıq. Çətin oyunlardan sonra futbolçularımın nə vaxtsa qələbə qazanacağı gözlənilən idi. Xüsusən də, son 3 oyunda sərgilədiyimiz futbolla uğura çatacağımıza inanırdım. Meydanda 10 nəfərlə qalandan sonra müəyyən mənada çətinliklərimiz oldu. Amma sonda qalib gələ bildik. Qələbəyə görə oyunçularıma təşəkkür edirəm”.
