2 may 2015 13:45

Rauf Əliyev: Müdafiədəki səhvlər qələbə qazanmağımıza mane olur

"Neftçi"nin hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi

- "Sumqayıt"la oyun barədə nə deyə bilərsiniz?
- Hesabda geridə olmağımıza, azlıqda qalmağımıza baxmayaraq, uşaqlar toparlana və yaxşı oyun sərgiləyə bildilər. İkinci hissədə yaxşı mübarizə getdi və sonda qol vurub, xal qazana bildik.

- Heç-heçə komandanızı qane etdi?
- Biz qələbəyə köklənmişdik. Çünki "Qəbələ" ilə üçüncü yer uğrunda mübarizə aparırıq. Amma "Sumqayıt"la oyun elə alındı ki, bu heç-heçəyə də sevinmək lazımdır.

- Siz artıq sağalmısınız?
- Artıq hər şeyin geridə qaldığını demək olar. Bir aya yaxın oynamadım. Təxminən beş məşqə çıxmışdım. Hələlik, oyun təcrübəsi baxımından problemim var. Amma meydana çıxdım, çalışdım, komandaya kömək etmək istədim. Mümkün qədər tez forma toplamaq istəyirəm ki, öz oyunumu göstərim.

- Azarkeşlər sizin oyununuzdan narazıdırlar və hesab edirlər ki, sizə verilən pullar hədər gedir...
- Azarkeşlərin də öz fikirləri var. Amma "Neftçi"yə gəlişimdən sonra bir sıra uğursuzluqla üzləşdim. Az şans qazanırdım, sonradan xəstələndim. Hələlik, öz oyunumu göstərə bilməmişəm.

- Bəs əvvəlki Rauf Əliyevi görmək üçün nə lazımdır?
- Mənim xüsusi problemim yoxdur. Sadəcə, oynamaq lazımdır ki, zamanla əvvəlki formama qayıdım.

- Millinin baş məşqçisi Robert Prosineçki "Neftçi"nin futbolçularını yığmada görmür. Onun bu qərarına sizin mövqeyiniz necədir?
- Bu barədə nəsə deyib, kiminsə xətrinə dəymək istəmirəm. Çalışacağam ki, öz oyunumla klubuma faydalı olum. Yalnız belə olan halda yığmaya dəvət ala bilərəm.

- Belə oyunla milliyə çağırılacağınızı düşünürsünüz?
- Dediyim kimi, hazırda formamdan çox uzağam. Həm də açıq danışsaq, komandamız bu gün zəif oynadı. Hər oyunda nə qədər qol vururuq, amma müdafiədəki səhvlər qələbə qazanmağımıza mane oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.