2 may 2015 13:30
Neftçala birinci divizionun qalibi oldu
"Neftçala" Azərbaycan birinci divizionunda 1-ci yeri özü üçün təmin edib. Azerisport.az xəbər verir ki, sona 4 tur qalmış Kamal Quliyevin komandası ən yaxın izləyicisi "Rəvan"ı 11 xal qabaqlayır.
29-cu turda "Neftçala" "Lokomotiv"i qəbul etməli idi. Amma "dəmiryolçular" çempionatda iştirakını dayandırdığı üçün, lider texniki qələbəyə sevinəcək. Belə olan halda bu komanda rəqibləri üçün əlçatmaz olacaq.
