2 may 2015 13:00
Əfran İsmayılov: Simurq futbolçularının aksiya keçirməsi bizim üçün çox gözlənilməz oldu
"İnter"in yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Simurq"un oyunçularının bu matçda aksiya keçirəcəyindən xəbərsiz idik. Bu, bizim üçün çox gözlənilməz oldu. Biz hücuma atıla bilməzdik. Çünki belə halda oyuna start verə bilməzdik. Ona gorə də birinci dəqiqədə topu öz aramızda bir-birimizə ötürməklə məşğul olduq. Rəqib futbolçuların aksiyasına gəlincə, bunu normal qarşıladıq. Ümid edirəm ki, bu klubda hər şey qaydasına düşəcək".
