2 may 2015 11:00
Qəbələ Avropa Liqasına vəsiqəni rəsmiləşdirdi
"Qəbələ" bu yay Azərbaycanı Avropa Liqasında təmsil edəcək. Azerisport.az xəbər verir ki, mövsümün sonuna hələ bir neçə tur qalsa da, bu komandanın 4-cü pilləni tutacağı dəqiqləşib.
Belə ki, "Qəbələ"nin əsas izləyiciləri - "Simurq" və AZAL qalan bütün oyunlarında qələbə qazansa belə, yenə 4-cü pilləni tutmaq şansları yoxdur.
Qeyd edək ki, "Qəbələ" ardıcıl ikinci ildir ki, Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ qazanır.
