2 may 2015 00:55

Samir Məsimov: Sumqayıt Qarabağ deyil, finalda hər şey fərqli olacaq

"Neftçi"nin yarımmüdafiəçisi Samir Məsimovun azerisport.az saytına müsahibəsi

- "Sumqayıt"la oyun barədə nə deyə bilərsiniz?
- "Sumqayıt" öz oyun üslubuna görə xoşagəlməz komandalardan hesab oluna bilər. Onlar döyüşkəndirlər və əvvəldən sonadək mübarizə aparırlar. Ağır oyun olacağını bilirdik. Elə də oldu. Biz qələbəyə köklənmişdik. Təbii ki, heç-heçə bizi qane etmədi. Kanales meydandan qovulmasaydı, hər şey bizim üçün daha yaxşı nəticələnə bilərdi.

- İkinci hissədə hücumlarınızın kəsərsiz alınması da azlıqda qalmağınızla bağlı idi?
- Biz risk etmək istəmirdik. Çünki üçüncü qolu buraxacağımızdan ehtiyatlanırdıq. Bu üzdən öz oyunumuzu göstərməyə və hesabı bərabərləşdirməyə çalışırdıq. Buna nail ola bildik. Heç-heçə də pis nəticə deyil. Əsas odur ki, uduzmadıq.

- "Neftçi"nin bu gün bəxtinin gətirdiyini demək olar?
- Bəxtimizin gətirdiyini deməzdim. Hətta azlıqda olmağımıza rəğmən, rəqibə güzəşt etmədik. Bizim bəxtimiz gətirmədi ki, azlıqda qaldıq. Qol vəziyyətlərimiz də var idi.

- Rəqib müdafiə xəttinizi çox asanlıqla keçirdi...
- Heyətdə xeyli gənc futbolçu var idi. Ola bilər ki, təcrübə çatışmır. Səhvlər var idi, amma onlarsız da mümkün deyil.

- Gözəl qol vurdunuz...
- Vobay ötürmə etdi, mənə isə ona toxunmaq qalırdı. Nəticədə, hədəfə düşə bildim.

- Bu mövsüm daha böyük hədəflər uğrunda mübarizə apara bilməməyiniz sizə necə təsir etdi?
- "Neftçi" həmişə çempionluğa oynayıb. İstər-istəməz, bu mövsüm çempionluqdan uzaq qalmağımız bizə təsir etdi. Amma biz Azərbaycan kubokunun finalına vəsiqə qazanmışıq. Həmin oyuna tam fərqli istəklə çıxacağıq. "Sumqayıt" "Qarabağ" deyil. Həmin oyunda tam fərqli futbol sərgiləyəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.