2 may 2015 20:50

Qarabağla Qəbələ sülhə razılaşdı, XL Bakıya uduzdu

Bu gün Topaz Premyer Liqasında 32-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.

Öncə autsayder “Bakı” öz meydanında “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə meydan sahibləri qələbə qazanan tərəf olublar.

Turun qapanış və mərkəzi oyununda son dövrlər özündən ən çox söz etdirən “Qəbələ” ilə lider “Qarabağ” üz-üzə gəlib. Hesabı Ağdam klubu açsa da, meydan sahibləri son dəqiqələrdə penalti qolu ilə məğlubiyyətdən xilas ola biliblər. Qarşılaşma heç-heçə başa çatdığından "Qəbələ"nin 8 oyunluq seriyasına son qoyulub.

Topaz Premyer Liqası
32-ci tur

2 may (şənbə)

“Bakı” – “Xəzər Lənkəran” - 2:1 (2:0)
Qollar: N.Novruzov, 17-pen. (1:0). N.Novruzov, 23 (2:0). S.Tounkara, 56 (2:1).
Qırmızı vərəqə: Q.Əliyev, 60.
Hakimlər: Ömər Paşayev, Elman Musayev, İsgəndər Əliyev, Ramil Diniyev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 10. Nurlan Novruzov, 19. Eltun Hüseynov, 11. Tural Qürbətov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 85. Jaba (k), 99. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 7. Nuran Qurbanov, 9. Raul Yaqubzadə, 15. Azad Kərimov, 21. Elşad Manafov, 45. Mahir Mədətov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
“Xəzər Lənkəran”: 25. Tərlan Qasımzadə, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 34. Elnur İsmayılov, 42. Kamran Abdullazadə, 63. Alfred Sanko, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 16. İbrahim Qədirzadə, 23. Cavid Bağırov, 32. Zaman Mirzəzadə, 45. Heydər Babayev, 79. Namiq Qocayev.
Baş məşqçi: Elbrus Məmmədov.

“Qəbələ” – “Qarabağ” - 1:1 (0:0)
Qollar: Reynaldo, 55 (0:1). C.Hüseynov, 90-pen. (1:1).
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 16. Ruslan Tağızadə, 17. Qismət Alıyev, 18. Ruslan Fomin, 26. Pavol Farkaş, 32. Mixail Sivakov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: “Simurq” - “İnter” 2:3, “Neftçi” - “Sumqayıt” 2:2.

Bombardirlər:
15
- Nurlan Novruzov ("Bakı").
12 - Draqan Çeran ("Simurq").
11 - Cavid Hüseynov ("Qəbələ"), Nikolas Kanales ("Neftçi").
10 - Məhəmməd Qurbanov (“Sumqayıt”), Reynaldo Silva ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.