2 may 2015 00:35
Eddi İsrafilov üçün yeni baş məşqçi
İspaniyanın "Qranada" klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandasını bundan sonra Xose Ramon Sandoval çalışdıracaq.
46 yaşlı mütəxəssis mövsümün sonunadək bu komandanın sükanı arxasında olacaq. Mövsümün sonuna isə cəmi 4 tur qalır və yeni baş məşqçinin hazırda 19-cu pillədə olan komandanı elitada saxlamağı bacarıb-bacarmayacağı bilinmir. "Qranada" bunun üçün sonda 17-ci olmalıdır.
Qeyd edək ki, Sanoval ötən gün istefaya göndərilmiş Abelya Rezinonu əvəzləyib.
