2 may 2015 00:25
Marko Stanoyeviç: Simurq avrokuboklara maliyyə problemlərinə görə vəsiqə qazana bilmədi
"Simurq"un yarımmüdafiəçisi Marko Stanoyeviç klubun üzləşdiyi problemlərlə əlaqədar fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Simurq"da icarə əsasında oynayıram. Mövsümün sonunda necə olacağını bilmirəm. "Simurq"un mənə də borcu var. Verməsələr, necə olacağını özüm də bilmirəm. Çünki heç vaxt belə bir aqibətlə üzləşməmişdim. Bizə dedilər ki, pul yoxdur, amma qarşıdakı oyunlarda meydana çıxmaq lazımdır. "Simurq"un futbolçulara artıq üç aylıq borcu var, dördüncü aya keçib. Çox təəssüf ki, belə alındı. Avrokuboklara vəsiqə qazanmağımıza da məhz bu mane oldu".
