1 may 2015 22:50
Aqil Məmmədov: Etdiyim əvəzetmələr uğurlu alınmadı
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Son dəqiqələrdə qol buraxmağımız mənə pis təsir elədi. Ümumilikdə götürsək, maraqlı, baxımlı oyun alındı. Məndən başqa heç kim bizim oyundan narazı qala bilməz. Çatışmayan cəhət odur ki, qol imkanlarını tam dəyərləndirə bilmədik. Açığı, etdiyim əvəzetmələr uğurlu alınmadı. Meydana çıxan futbolçular gücümüzə güc qata bilmədilər”.
