1 may 2015 20:30
Qarabağ hazırlığı başa vurdu
"Qarabağ" "Qəbələ" ilə oyuna hazırdır. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 32-ci turunda eyniadlı şəhərin komandasının qonağı olacaq ağdamlılar bu gün sonuncu məşqini edərək oyuna hazırlığı başa vurub.
Komandanın məşqi 19:00-da start götürüb və 1 saat davam edib. Məşq Qəbələ şəhər stadionunda baş tutub.
Qeyd edək ki, sabah, mayın 2-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma 19:00-da start götürəcək. Oyunu Elvin Əsgərovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
