1 may 2015 19:15
Çixradze: Start fitindən sonra yaranmış vəziyyət artıq komandanın durumundan xəbər verir
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyun barədə danışmaq mənim üçün çox çətindir. Start fitindən sonra yaranmış vəziyyət artıq komandanın durumundan xəbər verir. Mənim üçün danışmaq ağırdır. Rəqib oyuna daha yaxşı köklənmişdi və bunun nəticəsidir ki, vacib qələbə qazandılar. Hazırkı vəziyyətdə biz gələcəyin necə olacağını bilmirik. Hələ ki, yolumuza davam edirik”.
