1 may 2015 18:00
Simurq fanatları Ağacanova qarşı: Kapsa oynasın!
"Simurq" azarkeşləri bu gün Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "İnter"lə qarşılaşan komandalarının ilk hissədəki çıxışından narazı qalıb. Azerisport.az xəbər verir ki, ilk yarıda artıq üç qol buraxan komandanın (meydan sahibləri fasiləyə 2:3 hesablı məğlubiyyətlə yollanıb) qapıçısı Amil Ağacanov isə fanatların əsas hədəfinə çevrilib.
Buraxılan qollarda məhz qapıçını günahkar hesab edən azarkeşlər onun əsas qapıçı Pavel Kapsa ilə əvəzlənməsini tələb ediblər.
