1 may 2015 17:10
Simurqdan etiraz aksiyası
"Simurq"un futbolçuları Topaz Premyer Liqasının 32-ci turunun "İnter"lə oyununa etiraz aksiyası ilə başlayıblar. Azerisport.az xəbər verir ki, komanda üzvləri matçın start fiti səslənən kimi meydanın özlərinə aid hissəsində oturublar.
Onlar bir neçə saniyə sürən bu etiraz aksiyasının ardından oyuna başlayıblar.
Qeyd edək ki, "Simurq"da hazırda ciddi maliyyə problemləri var. Komanda üzvlərinə isə ötən gün klub rəhbərliyi mövsümün sonunadək pulsuz oynamağı təklif edib. Onlar da çox güman ki, buna etiraz əlaməti olaraq belə bir addım atmağa qərar veriblər.
