1 may 2015 16:30
Eddi İsrafilov baş məşqçisiz qaldı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - İspaniya "Qranada"sı baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi Abelya Rezinonun xidmətindən imtina edib.
Buna səbəb komandanın nəticələrinin ürəkaçan olmamasıdır. Rezino yanvar ayından bu komandanı çalışdırırdı. Yeni baş məşqçinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.
