1 may 2015 14:30

Coşqun Diniyev: Atamla məsləhətləşib, qərar verəcəyəm

"İnter"in yarımmüdafiəçisi Coşqun Diniyevin azerisport.az saytına müsahibəsi

- "Qarabağ" 32-ci turda çempionluğunu rəsmiləşdirə bilər. "İnter" hələ də nəyəsə ümid edir?
- Biz mübarizəmizi sonadək davam etdirəcəyik. Ümid sonra ölür. Bizim üçün vacib olan öz oyunumuzu sərgiləyib, qələbə qazanmaqdır.

- "Simurq"la oyundan nə gözləyirsiniz?
- Bizi çətin rəqiblə qarşılaşma gözləyir. Onlar futbol oynamağı bacarırlar. Amma hər şeyə rəğmən, Zaqatalada qələbə qazanmağa hazırlaşırıq.

- "İnter" bu mövsümü böyük ehtimalla titulsuz başa vuracaq. Kubokun yarımfinalında "Neftçi"yə uduzdunuz. Bütün ümidlərinizin üzərindən Nikolas Kanalesin xətt çəkdiyini demək olar?
- Xeyr. Cavab oyununda bizim bəxtimiz gətirmədi. Baş hakim isə iki kobud səhvə yol verdi. Nəticədə də qapımıza qol vuruldu. Kanales də təbii ki, öz ustalığını nümayiş etdirdi.

- Qışda "Qarabağ"a keçəcəyinizə dair xəbərlər var idi. Bu transferi gözləməyə dəyər?
- Bu barədə bütün məlumatlar atamdadır.

- Hara keçəcəyinizə o qərar verəcək?
- O, həmişə danışıqlar aparır. Mövsümün sonunda da onunla məsləhətləşəcəyəm və qərar verəcəyəm.

- Vaxtilə sizi Şota Arveladze də komandasında görmək istəyirdi. Amma indi o, həmin komandada deyil...
- Yaşayarıq, görərik. Arveladze ilə yanaşı, klub rəhbərliyi də mənim oyunumu bəyənmişdi. Ona görə də hər şey mümkündür.

- Başqa klublardan dəvət yoxdur?
- Hələ yox.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.