1 may 2015 14:00
Benjamin Lambot: Simurqu tərk edirəm, FİFA-ya şikayət edəcəyəm
"Simurq"un yarımmüdafiəçisi Benjamin Lambot komandanı tərk edəcəyi barədə xəbərləri təsdiqləyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Simurq"dan gedirəm. Vətənimə qayıdıram. Klubda maliyyə problemləri var. Ona görə də klubu tərk edirəm. Üç aydır maaş almadığıma görə, komandanı tərk etmək hüququm var. Problemlərin nə vaxt həll olunacağına baxacağam. Vaxtında həll olunmasa, FİFA-ya şikayət edəcəyəm. Azərbaycandan hansısa klubdan təklif almamışam. Özümə Belçikada klub tapmaq istəyirəm".
