1 may 2015 13:00
Eddi İsrafilovsuz Qranada yenə məğlub oldu
İspaniya La Liqasında 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Espanyol"la qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Eddi zədəli olduğuna görə bu görüşdə forma geyməyib.
Qeyd edək ki, İsrafilovun komandası 25 xalla 19-cu pillədə qərarlaşıb.
