Pavel Kapsa: Simurqda pulsuz oynamağa hazıram
"Simurq"un qapıçısı Pavel Kapsanın azerisport.az saytına müsahibəsi
- Ötən gün klubun iclası baş tutub və sizə mövsümün sonunadək pulsuz oynamaq təklif olunub...
- Əlbəttə, bu, xoşagəlməz hal deyil. Amma biz başa düşürük ki, klubun maliyyə çətinlikləri var. Əminəm ki, pulları olsaydı, bizim maaşlarımızı ödəyərdilər. Mövsümü layiqli şəkildə başa vurmaq lazımdır.
- Sonuncu dəfə maaş almısınız?
- Sonuncu dəfə yanvarda pul almışıq.
- Rəhbərliyin yeni qərarına razılıq vermək çətin olmadı? Axı hər kəs öz ailəsini saxlayır...
- Artıq bir neçə ildir Zaqatalada oynayıram. Bu klub mənim üçün bir ailə kimidir. İndi birdən-birə pul yoxdur deyə, bu klubdan üz çevirə bilməzdim. Komandada belə düşünən futbolçular az deyil.
- Bəs yeni mövsümdən necə olacaq?
- Növbəti mövsüm nə olacağı barədə bizə bir söz deyilmədi. Biz bu barədə heç nə bilmirik. Amma mən də bilmək istərdim. Komandanın yaşamasını istəyirəm. Zaqatalada futbolu sevirlər. Burada demək olar ki, hər oyunda stadion dolu olur. Bunu hər yerdə görmək olmur. Xeyli uşaq komandaları var.
- Yəni, "Simurq"un da "Araz Naxçıvan"ın aqibətini yaşaması ehtimalı var?
- Ümid edirəm ki, elə olmaz. Bu sualı klub rəhbərliyinə verməyiniz daha yaxşı olardı.
- Bu gün "İnter"lə oyuna çıxmağa stimul var?
- Stimulu hər zaman tapmaq olar. Əsas odur ki, komanda yaşasın. Mən burada qalmaq istəyirəm.
