1 may 2015 12:15
Simurqun futbolçuları mövsümün sonunadək pulsuz oynamağa razılaşdı
Ötən gün "Simurq" rəhbərliyi komanda üzvləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, tədbirdə klubun üzləşdiyi maliyyə problemləri ilə bağlı müzakirələr aparılıb.
İclasın sonunda futbolçular mövsümün sonunadək pulsuz oynamağa razılıq veriblər. Yalnız "İnter"lə oyundan sonra Benjamin Lambot komandanı tərk edəcək. Digər futbolçular isə rəhbərliyin yeni şərtləri altında oynamağa razıdırlar.
