1 may 2015 11:45

Mahmud Qurbanov: Milliyə düşmək istəyən futbolçu öz oyunu ilə buna layiq olduğunu isbatlamalıdır

Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanovun azerisport.az saytına müsahibəsi

- Mövsümün başa çatmasına bir ay qalıb. Çempionluğun taleyinin həll olunması fikri ilə razısınız?
- Çətin ki, kimsə "Qarabağ"ı çempionluqdan məhrum edə bilsin. Amma digər mükafatçılar və avrokubok yerləri ilə bağlı eyni sözləri demək olmaz. Çünki orada xal fərqi çoxdur. Hər şey ola bilər.

- Bu tur "Qarabağ"ı 8 oyundur qələbə qazanan "Qəbələ" ilə oyun gözləyir. Sizcə, Ağdam klubu bu komandanı dayandırıb, çempionluğu təmin edə biləcək?
- Hər şey ola bilər. Oyun planında mənə elə gəlir ki, "Qarabağ" daha yaxşı təsir bağışlayır. Fikrimcə, Ağdam klubu rəqibini dayandıra bilər. Amma buna nail olmaq çətin görünür. Baxmayaraq ki, "Qarabağ"ı favorit görürəm.

- Bundan əvvəlki oyunda da "Qarabağ" favorit göstərildiyi oyunda "Qəbələ"yə uduzmuşdu...
- Elədir. Amma istənilən halda hər şeyə 90 dəqiqədən sonra aydınlıq gələcək.

- "Simurq"un maliyyə problemləri ilə üzləşməsi barədə nə deyə bilərsiniz?
- "Simurq"da xeyli legioner var. Onlar da burda pula görə çıxış edirlər. Amma bir az maliyyə problemi yaranan kimi, narazılıq yaradırlar. Bütün bunlar da oyunçulara, onların hazırlığına təsir edir. Lakin istənilən halda düşünürəm ki, hər bir futbolçu müqaviləyə əsasən bütün öhdəliklərini layiqincə yerinə yetirməlidir.

- Eyni problemlərin "İnter"də də yaranması istisna olunmur...
- Razıyam ki, bütün bunlar çempionatın da səviyyəsinə təsir edir. Özü də bu, klub səviyyəsində də yox, yığma səviyyəsində də təsir edə bilər. Çünki bizim əksər yığma üzvlərimiz məhz milli çempionatda çıxış edir.

- Elita klublarının sayını dəyişməyə ehtiyac var?
- Futbolçularımızın daha çox oyun keçirməsinə ehtiyac var. Bu, onların formada qalmasına kömək edir.

- Elitanı tərk edən "Araz Naxçıvan"ı hansı klubun əvəzləməsini istərdiniz?
- Fikrimcə, bu, birinci divizionda birinci yeri tutan komanda olacaq. Mən "Kəpəz"i elitada görmək istərdim. Amma təəssüf ki, bu komanda yaxşı günlərini keçirmir.

- Adətən elə olsa da, sonra birinci divizion klublarının lisenziya şərtlərinə əməl etmədiyi üçün çempionata buraxılmamasının şahidi oluruq.
- Bu, artıq klubların problemidir. Əgər onların bütün sənədləri qaydasında olsa, Premyer Liqada oynaya bilərlər.

- "Neftçi"nin milliyə futbolçusu çağırılmaması da son dövrlər çox müzakirə olunur...
- Buna baş məşqçi qərar verir, biz də onu dəstəkləyirik. Burada klubluq heç nə yoxdur. Milliyə oyunçuları əvvəlki xidmətlərinə görə yox, indiki formalarına görə dəvət edirik. Biz özümüz də istərdik ki, yığmada böyük rəqabət olsun. Hər şey futbolçuların özlərindən asılıdır. Kim yığmaya düşmək istəyirsə, öz üzərində daha çox çalışmalıdır, öz oyunu ilə buna layiq olduğunu sübut etməlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.