1 may 2015 11:00

Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə Avropa çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizə aparacaqlar.

Bakı vaxı ilə saat 11:21-də 1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə yürüşdə Anatoli Melnik start xəttinə çıxacaq. Onun rəqibləri Ceyms Stayan (Böyük Britaniya), Sergiu Cratsyun (İtaliya), Kristof Sabo (Macarıstan), Martin Fuksa (Çexiya) və Straxinya Mladejiç (Serbiya) olacaq. Finişə hamıdan öndə çatan kanoeçi birbaşa əsas finala (Final A) vəsiqə, sonrakı yerləri tutanlar isə yarımfinala vəsiqə qazanacaq.

Saat 12:27-də Sergey Bezuqlıy - Aleksey Kupin dueti mübarizəyə başlayacaq. 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə yürüşdə rəqiblər Matyö Bönyo - Adrian Bart (Fransa), Yaroslav Radon Filip Dvoryak (Çexiya), Aleksey Korovaşkov - İlya Pervuxin (Rusiya), Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (Belarus), Dmitri Yançuk - Taras Mişçik (Ukrayna) və vaxtilə Azərbaycan yığmasında çıxış etmiş Nikolay Matviyçuk - Adnan Əliyev (Türkiyə) dueti olacaq. İlk 3 yeri tutanlar birbaşa əsas finala (Final A), 4 - 7-ci yeri tutanlar və 8-ci yerin sahibləri arasında ən yaxşı duet yarımfinala yüksələcək.

Saat 16:05-də kayak üzrə olimpiya çempionu İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə ilk yürüşünü edəcək. Onun rəqibləri Zoya Manayeva (Moldova), İrena Burqo (İtaliya), Rebeka Saymon (Böyük Britaniya), Flora Nagi (Macarıstan), Yelena Teryoxova (Rusiya), Svetlana Rımkeviç (Ukrayna), Volqa Xudjenko (Belarus), Mira Larsen (Norveç) olacaq. Yürüşün qalibi birbaşa əsas finala (Final A), 2 - 7-ci yerləri tutanlar yarımfinala yüksələcəklər.

Saat 16:23-də Anatoli Melnik yenidən start xəttinə çıxacaq. Bu dəfə o, 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə yürüşə qatılacaq. Onun rəqibləri Henrikas Justautas (Litva), Nikolae Kratsyun (İtaliya), Matej Rusnak (Slovakiya), Pavel Altuxov (Ukrayna), Martin Fuksa (Çexiya), Mixail Pavlov (Rusiya), Kondrat Petre (Rumıniya), Romen Bönyo (Fransa) olacaq. İlk 3 yeri tutanlar birbaşa əsas finala, 4 - 7-ci yerlərin sahibləri və 8-ci yeri tutanlardan ən yaxşısı yarımfinala vəsiqə qazanacaq.

Saat 16:47-də isə Mirnazim Cavadov 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşə başlayacaq. Onun rəqibləri Siriy Kar (Fransa), Deyan Pajiç (Serbiya), Dmitri Yekimov (Rusiya), Ştefan Domeysen (İsveçrə) və Bram Brandjes (Hollandiya) olacaq. Yürüşün qalibi birbaşa əsas finala (Final A), sonrakı yerləri tutanlar yarımfinala çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatına mayın 3-də yekun vurulacaq.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.