1 may 2015 00:30
Ruslan Qurbanov Haydukun növbəti oyununu buraxacaq
Azərbaycan yığmasının və Xorvatiyanın "Hayduk" klubunun hücumçusu Ruslan Qurbanov aldığı zədə ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq zədəmi sağaltmışam. Allaha şükürlər olsun ki, zədəm elə də ciddi deyildi. Amma qarşıdakı "Zadar"la oyunu buraxmalı olacağam. "Osiyek"lə növbəti oyuna qədər isə tam hazır olacağıma ümid edirəm".
Qeyd edək ki, "Zadar"la oyun mayın 3-də, "Osiyek"lə qarşılaşma ayın 9-da baş tutacaq.
